Pakistan bankının Azərbaycandakı törəmə BOKT-nun rəhbərliyinə – TƏYİNAT

Pakistan “MCB” bankının Azərbaycandakı törəmə kredit təşkilatının İdarə Heyətinin üzvü və baş mühasibi dəyişib. “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC-nin səhmdarlarının qərarı ilə, Aslanov Sabir Mirzə oğlu İdarə Heyətinin üzvü təyin edilib.

Aslanov Sabir Mirzə oğlu, MCB BOKT İdarə Heyətinin üzvü

Sabir Aslanov 2010-cu ildən BOKT-da satış departamentinə rəhbərlik edirdi.

Səhmdarların qərarı ilə o, bu vəzifədə Kərimov Elşən Ülfət oğlunu əvəz edib. Elşən Kərimov həmçinin BOKT-un baş mühasibi idi. Bundan sonra baş mühasib kimi Süleymanov Rəsul Nazim oğlu təyin edilib.

Xatırladaq ki, MCB 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4.2 milyon manatdır. BOKT-nin səhmdarları 99,94%-lik payla Pakistanın “MCB Bank”ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.

“MCB Bank Olmayan Kredit Təşkilatı” QSC Azərbaycan Mərkəzi Bankından 12.11.2021 traixdə alınmış BKT- 42 saylı BOKT lisenziyası  əsasında fəaliyyət göstərir.

WeCreativez WhatsApp Support
Salam. Girovsuz Biznes kredit lazımdır? Elə indi Whatsapp Konsultasiya ilə sizi maraqlandıran suallara operativ cavab alın!
👋 Sizə necə kömək edə bilərik?

Müraciət

    Lizinq Kalkulyatoru

    AZN
    AZN
    m
    %

    Aylıq Ödəniş

    91.68 AZN