
MCB və GrandMotors birgə layihəyə start verdilər
Azərbaycanın lizinq sektorunun aparıcı şirkətlərindən biri olan MCB Bank Olmayan Kredit Təşkilatı GrandMotors şirkəti ilə tikinti texnikaları maliyyələşdirilməsi üzrə birgə layihəyə start verir. Layihənin şərtlərinə əsasən, Doosan DX260LCA markalı Tırtıllı ekskavator və Shantui SD22 markalı Buldozer endirimli şərtlərlə əldə etmək mümkündür.