MCB BOKT elektrik yükləyiciləri üzrə faizsiz kredit təklif edir

Azərbaycanın lizinq sektorunun aparıcı şirkətlərindən biri olan MCB BOKT CE-PARTS şirkəti ilə elektrik yükləyicilərinin maliyyələşdirilməsi üzrə
birgə layihəyə start verir.

MCB BOKT eleltrik yükləyiciləri üzrə faizsiz kredit təklif edir
MCB BOKT Kredit Departamentinin rəhbəri Sabir Aslanovun sözlərinə görə, yerli bazarda yükləmə-boşaltma texnikasına olan böyük tələbatı nəzərə alaraq, elektrik yükləyicilərinin lizinq vasitəsilə əldə edilməsi üzrə xüsusi şərtlərin işlənib hazırlanması haqqında qərar qəbul edilmişdir. “CE-PARTS şirkəti ilə birgə layihə nəticəsində yerli sahibkarlar müasir yükləmə-boşaltma texnikasını sərfəli qiymətlərlə əldə etmək imkanını aldılar”, – deyə S.Aslanov qeyd etdi.

Layihənin şərtlərinə görə, Linde markalı müasir elektrik yükləyicilərini 8 ay müddətinə qədər 30% ilkin ödənişlə FAİZSİZ lizinq vasitəsilə əldə etmək olar.

Layihə haqqında ətraflı məlumatla MCB BOKT şirkətinin rəsmi veb-saytında (www.mcb.az) tanış olmaq olar.

Müraciət

    Lizinq Kalkulyatoru

    AZN
    AZN
    m
    %

    Aylıq Ödəniş

    91.68 AZN