UĞURLU LAYİHƏLƏRİMİZ​

Alma məhsulunun çeşidlənməsi

Layihə haqqında

“MCB BOKT” QSC-nin əsas hədəflərindən biri kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsal, emal müəssisələrinin və sahibkarların müasir texnologiya və avadanlıqlara olan ehtiyacını qarşılamaqdır. Müştərimizin tələblərinə uyğun olaraq seçilmiş və lizinqə verdiyimiz alma məhsulunun çeşidlənməsi və qablaşdırılması xətti Avropanın qabaqcıl şirkəti tərəfindən istehsal olunmuşdur. Bu müasir texnologiya müştərimizə öz məhsulunu itkiyə yol vermədən, bazarın tələblərinə uyğun olaraq təklif etməyə və satış həcmini əhəmiyyətli dərəcədə artırmağa kömək etmişdir. Yüksək keyfiyyət standartlarına cavab verən bu avadanlığın alınması, müştərimizin tələblərinə uyğun olaraq yüksək səviyyədə təchiz olunması, satıcı tərəfindən quraşdırılması “MCB BOKT” QSC-nin maliyyə dəstəyi və nəzarəti altında həyata keçirilmişdir.

Müraciət

    Lizinq Kalkulyatoru

    AZN
    AZN
    m
    %

    Aylıq Ödəniş

    91.68 AZN