MCB BOKT QSC AKİA müvəkkil kredit təşkilatı kimi seçilmişdir

Ölkəmizdə davam edən pandemiyanın biznes fəaliyyətinə mənfi təsir etməsinə və müəyyən çətinliklərin olmasına baxmayaraq, “MCB BOKT” QSC uğurlu lizinq layihələrini həyata keçirir. Son dövrlərdə AKİA (Aqrar Kredit və İnkişaf Agentliyi) vəsaiti ilə bir neçə uğurlu kənd təsərrüfatı layihəsi həyata keçirilmiş və hazırda bir çox layihələr icra mərhələsindədir.

2020-ci ilin mart ayında “MCB BOKT” QSC, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) müvəkkil kredit təşkilatı kimi seçilmişdir.  Müvəkkil kredit təşkilatı olaraq “MCB BOKT” QSC yerli fermerlər və sahibkarlara ilkin ödəniş 20% və lizinq obyektinin dəyərinin 40% həcmində subsidiya olmaqla 5 illik müddətə kənd təsərrüfatı avadanlıqlarını faizsiz  lizinqə verir.

WeCreativez WhatsApp Support
Salam. Girovsuz Biznes kredit lazımdır? Elə indi Whatsapp Konsultasiya ilə sizi maraqlandıran suallara operativ cavab alın!
👋 Sizə necə kömək edə bilərik?

Müraciət

    Lizinq Kalkulyatoru

    AZN
    AZN
    m
    %

    Aylıq Ödəniş

    91.68 AZN