MCB BOKT 2023-cü ili də uğurla başa vurdu.

“MCB Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti 2023-cü maliyyə ilini rəsmən başa vurmuş və müstəqil auditor tərəfindən aparılmış illik audit hesabatını ictimaiyyətə açıqlamışdır. Audit yoxlaması “Grant Thornton” Şirkəti tərəfindən aparılmış və şərtsiz müsbət rəy verilmişdir.  

2023-cü ildə BOKT tərəfindən 197 müqavilə üzrə ümumi dəyəri AZN 18.909 mln. olan lizinq və kredit verilmişdir ki, bu göstərici 2022-ci ildə müvafiq olaraq 150 müqavilə üzrə AZN 12.394 mln. təşkil etmişdir. Kreditlər əsasən Azərbaycan iqtisadiyyatının xüsusi iqtisadi əhəmiyyətə malik olan sektorları üzrə verilmişdir və bu sahədə maliyyələşdirilmiş biznes aktivlərinin ümumi bazar dəyəri AZN 28 milyondan çoxdur. Əsas kredit müraciətləri və verilmiş kreditlər daha çox yeni iş yerlərinin yaradılmasına və digər əlaqəli sektorların inkişafına təkan verən tikinti, infrastruktur layihələrinin icrası və ictimai sərnişindaşıma sektorlarının payına düşmüşdür.    

BOKT-un vergidən sonrakı mənfəəti AZN 1.096 mln. təşkil etmişdir ki, bu da 2022-ci maliyyə ili ilə müqayisədə qeydə alınmış AZN 725,000-dən 51% artım deməkdir, beləliklə BOKT-un vergidən sonrakı mənfəəti ilk dəfə olaraq AZN 1 mln. məbləği ötmüşdür. 2023-cü maliyyə ilində cəmi kapital 2022-ci maliyyə ilində qeydə alınmış AZN 5.905 mln.-dan 19% artaraq AZN 7.001 mln., bölüşdürülməmiş mənfəət isə AZN 1.621 mln. ilə müqayisədə artaraq AZN 2.717 mln. təşkil etmişdir. 

Kredit portfeli 2022-ci illə müqayisədə 40% artaraq BOKT-un fəaliyyəti dövründə ilk dəfə olaraq AZN 24 milyonu ötmüşdür. Nəticədə 2022-ci ilin müvafiq rəqəmləri ilə müqayisədə cəmi aktivlər 34% və cəmi öhdəliklər 42% artmışdır. 2023-cü ildə ROE (vergi və ehtiyat fonduna ayırmalardan öncə xalis gəlir/səhmdar kapital) 2022-ci illə müqayisədə 30% artaraq il üzrə 17% təşkil etmişdir. BOKT-un kredit portfelində PAR> 30 (30 gündən yuxarı risk altında olan portfel) göstəricisi sıfır faiz təşkil etmişdir ki, bu da kredit risklərinin effektiv şəkildə idarə olunmasının təzahürüdür. Ümumilikdə, BOKT-un cəmi aktivləri və kapitalında əhəmiyyətli dərəcədə artım baş vermişdir ki, bu da güclü maliyyə sağlamlığının qorunub saxlanılması və əməliyyatların effektiv şəkildə həyata keçirilməsi sayəsində mümkün olmuşdur.   

Müraciət

    Lizinq Kalkulyatoru

    AZN
    AZN
    m
    %

    Aylıq Ödəniş

    91.68 AZN