История лизинга

Lizinq ideyası o qədər də yeni deyildir. Dünyada lizinqə oxşar ilk sövdələşmələr 4000 il bundan əvvəl qeydə alınmışlar, lakin müasir yanaşma baxımından onlar indiki lizinq sövdəlləşmələri ilə heç də eyni deyildirlər. Tarixçilərin və iqtisadçıların fikrincə, lizinq sövdələşmələri, hələ yeni eradan çox-çox əvvəl qədim Şumer dövlətində bağlanılırdı. Tarixçilər qeyd edirlər ki, Aristotel liznq ideyasına özünün təxminən e.ə 350-ci ildə yazdığı “Rifah istifadədir, mülkiyyət hüququnda deyildir” traktatında toxunmuşdur. İndiki zamanda lizinq adlandırılan bir şey, Aristotel tərəfindən belə ifadə olunur ki, gəlir əldə etmək əmlakı mülkiyyətdə saxlamaqla deyil, ondan istifadə etməklə mümkündür. Aristotel tərəfindən edilən prinsipal yanaşmalar lizinq fəaliyyətinin sxemində öz əksini tapır. Doğrudan da, əgər sahibkar maliyyə və yaxud digər iqtisadi mülahizələrinə görə əmlakın mülkiyyətçisi ola bilmirsə, o, həmin əmlakı lizinqə verəndən (mülkiyyətçidən) istifadəyə götürə bilər, əmlakdan istifadə nəticəsində isə müvafiq gəlir əldə edə bilər. İngilis müəllifi T.Klark qeyd edir ki, lizinq hələ Aristoteldən əvvəl mövcud olmuşdur: o, lizinq haqqında bir neçə müddəanı Hammurapinin e.ə. 1760-cı illərində qəbul olunmuş qanunlarında tapmışdır. Roma imperiyası da lizinq problemindən kənarda qalmamışdır – onlar öz əksini Yustianın institusiyalarında tapmışlar.

Sonralar artıq XI əsrdə Venesiyada lizinq əməliyyatlarına bənzəyən sövdələşmələr mövcud olmuşlar: venesiyalılar tacirlərə və ticarət gəmilərinin sahiblərinə o vaxtlar çox bahalı olan gəmi lövbərlərini icarəyə verirdilər. Gəmi səfərindən sonra “çuqun dəyərləri” onun sahiblərinə geri qayrtarılırdı və onlar sonradan yenidən icarəyə verilirdi.

İqtisadi leksiukona “lizinq” ifadəsinin (ingilis sözü lеasе – kirayəyə vermək) gətirilməsi “Bell” telefon şirkətinin əməliyyatı ilə bağlayırlar, onun rəhbərliyi 1877-ci ildə öz telefon aparatlarının satılmaması və onların icarəyə verilməsi haqqında qərar qəbul etmişdilər. “Bell” şirkəti kimi, xüsusi alətlər hazırlayan Hughes şirkəti də özünün 11-tərəfli ixtisaslaşmış qazma burovunu ancaq icarə şərtlərində təqdim etməklə qiymətlər üzərində nəzarəti saxlaya bilmişdi. Ayaqqabı hazırlanması üçün avadanlıq istehsal eləyən “U. S. Shoe Machenery” şirkəti, müştəriləri ancaq onun məhsulları ilə bağlayan sazişlərdən istifadə edirdi. Lakin ABŞ-da federal antiinhisar qanununun qəbul olunması bu təcrübəyə son qoydu və avadanlığın azad satışa buraxılmasını istehsalçılardan tələb etdi.

Lizinqin konstruksiyası (terminin özü də) ABŞ-dan Avropaya gəlmişdi və sonradan o, bütün dünyaya yayıldı. Bu termin xarici mənşəli olduğu üçün onun istifadəsində bir çox çətinliklər yaranmışdı.

Lizinq termini ingilis sözü olan «to lease»-dən yaranıb və «kirayəyə götürmək», «icarəyəyə götürmək» deməkdir. İngilis hüququ dilində «leasing» sözü ilə həm əmlakın ənənəvi olaraq icarəyə verilməsi, həm də icarənin müxtəlif növlərindən biri ifadə olunur. Məhz sonuncu ifadə bütün dünyada geniş yayıma malikdir.

Ayrı-ayrı milli qanunvericilik aktlarında lizinq münasibətlərinə orijinal ad vermə cəhdləri göstərilmişdir. Məsələn, Belçikanın Kral fərmanında «kirayə-maliyyələşdirmə müqaviləsi» və «icarəyə vermə» anlayışları tətbiq olunmuşdur.

XIX əsrin əvvəllərində İngiltərədə sənayenin inkişafı, avadanlığın müxtəlif növlərinin artması ilə əlaqədar olaraq lizinqə verilən malların miqdarı artmışdı. Burada xüsusi rolu dəmir yol nəqliyyatının və daş kömür sənayesinin inkişafı oynayırdı. Daş kömür mədənlərinin sahibkarları kömürün daşınması üçün əvvəllər vaqonlar alırdılar, lakin sonradan bu cür alışların sərfəli olmaması və qeyri-mümkünlüyü ortaya çıxdı. Kömür istehsalı artırdı, yeni mədənlər açılırdı, daha çox vaqon tələb olunurdu. Çox da böyük olmayan müəssisələr bu vəziyyətdən istifadə etməyə və öz kapitallarını sərfəli yerləşdirməyə çalışırdılar. Onlar dəmir yol vaqonlarını alır və onları lizinqə təhvil verirdilər. Məqsədləri ancaq dəmir yol vaqonlarının lizinqə verilməsi olan şirkətlər yaranmağa başlandı. Müqaviə bağlayarkən, oraya alış hüququnu da əlavə edirdilər, ki, bu da istifadəçilərə lizinq müddəti qutarandan sonra vaqonlara sahib olmağa imkan verirdi. Bu cür sövdələşmələr icarə-satış müqaviləsi adını almışdı.

ABŞ-da, İngiltərədə olduğu kimi, lizinq dəmir yol nəqliyyatı sahəsində inkişaf etməyə başladı. Amerika lizinqinin atası kimi Herni Şonfeld çıxış edir. O, 1952-ci ildə bir konkret sövdələşmə üçün şirkət yaratmışdı. Bu formanın nə qədər əlverişli olduğuna və özündə hələ çoxlu açılmamış imkanlar daşıdığına əmin olduqdan sonra o, Amerikanın məşhur «United States Leasing Corp.» lizinq şirkətini təşkil etmişdir.

İkinci dünya müharibəsi zamanı ABŞ höküməti sabit rentabelli kontraktlardan (cost-plus contracts) fəal istifadə etməyə başladı ki. bu da ona icarə biznesinin inkişafı üçün vacib stimulu təmin etdi. Bunun səbəbi də ondan ibarət idi ki, kontraktların çox bir hissəsində dövlət podratçılarına müəyyən gəlirlilik səviyyəsini tədavül xərclərinə nisbətən müəyyən etmək hüququ verilirdi. Bu podratçılar başa düşürdülər ki, onların mallarının və xidmətlərinin çox hissəsi hələ ki, müharibə gedir, hökumətə çox lazımlıdır və çox güman ki, müharibə qutarandan sonra kontraktlar yenidən bağlanılmayacaqdır. Beləliklə, sənayeçilər, konkret hökumət layihəsinin yerinə yetirilməsi üçün alınmış avadanlığa öz xərclərini bərpa edə bilməmələri riski ilə üzləşirdilər. Bundan əlavə, ixtisaslaşmış dəzgahlar və maşınlar dinc vaxtı məhdud bazar qiymətinə malik ola bilərlər. Hökumət podratçıları dərk elədilər ki, sənaye avadanlığının podrat müqaviləsi ilə məhdudlaşdırılan müddətə icarəyə verilməsi risklərin minimallaşdırılmasına səbəb ola bilər. İri ixtisaslaşmış maşınlar və alətlər lazım gəldikdə podratçılar qarşısında dövlətin özü icarəyəverən kimi çıxış edə bilərdi.

Eyni zamanda, nəqliyyat vasitələri ilə bağlı olan lliziq biznesi öz miqyaslarını genişləndirməyə başlamışdı. Keçən əsrin 30-cu illərində Henri Ford öz avtomobillərinin satışı üçün icarədən səmərəli istifadə edirdi.

İkinci dünya müharibəsi zamanı Amerika hökuməti Sovetlər İttifaqına lend-lease şərtləri ilə texnika və digər vasitələr göndərirdi.

50-ci illərin sonunda lizinq şirkətləri öz nəzərlərini xarici bazarlara yetirməyə başladılar. 1959-cu ildə «United States Leasing Corp.» Kanadada öz filialını açdı. Lizinq şirkətlərinin transmilli şirkətlərə çevrilməsi belə başladı.

ABŞ-ın kommersiya bankları 60-cı illərin əvvəllərində lizinq əməliyyatlarında iştirak etməyə başladılar. Lizinq biznesinin yayılmasına 1971-ci ildə Federal Rezerv Sistemi tərəfindən banklara avadanlığın, sonralar isə əmlakın icarəyə verilməsi üçün törəmə firmalar yaratmağa icazənin verilməsi olmuşdur.

Lakin, lizinq əməliyyatlarının əsas fəaliyyət növü olan ilk cəmiyyət 1952-ci ildə San-Fransisko şəhərində Amerikanın “Yunayted steyts lizinq korporeyşn” tərəfindən yaradılmışdır və beləliklə, ABŞ, yeni biznesin, o cümlədən bank biznesinin vətəninə çevrildi. 60-cı illərin ortalarında bu ölkədə lizinq əməliyyatları cəmisi 1 milyard dollar təşkil edirdisə, artıq indiki zamanda bu rəqəm bir neçə yüz milyarq dollar təşkil edir. İcarə əməliyyatları üzrə bu cür sürətli artım lizinq sövdələşmələrinin tərəf-müqabilləri tərəfindən müəyyən fayda əldə etmələri ilə izah olunur. Hazırki dövrə bazar iqtisadiyyatı olan ölkələrdə lizuinq əməliyyatları təsərrüfat subyekti üçün istehsalın texniki cəhətcən yenidən silahlandırılmasında üstün yer tutur.

ABŞ-da lizinq, iqtisadi biznesin əsas növlərindən birinə çevrilmişdir. Öz xidmətlərini təklif edən yeni lizinq şirkətlərinin sürətli artımı və lizinq müqavilələrinin şərtlərinin rəngarəngliyi sahibkarlar tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində investisiya vəsatlərini əldə etməyin müxtəlif variantlarını müəyyən etmişdir. Sonradan lizinq şirkətləri “maliyyə-lizinq cəmiyyətləri” adını aldılar və istehsalçılara, onların məhsullarını icarəyə vermə yolu ilə satışını, həmçinin sövdələşmələrin və bununla bağlı olan risklərin maliyyələşdirilməsini təmin etdilər.

Qərbi Avropada ilk maliyyə-lizinq cəmiyyətləri 50-ci illərin axırları 60-cı illərin əvvəlində yaranmağa başladı. 60-cı illərin əvvələrində Amerika sahibkarları lizinqi okeanın o tayından Avropya “gətirdilər” və ilk lizinq şirkəti olan “Doyçe lizinq GmbH” 1962-ci ildə Düsseldorfda (AFR) yaranmışdır. Vergi qanunvericiliyində lizinq müqavilələrinin hüququ əsası öz yerini tapandan sonra onlarınn yüksək templə inkişafı başlamışdı.

Onların sayının və lizinq əməliyyatlarının həcmlərinin coşqun inkişafı lizinq müqavilələrinin hüquqi statusunun möhkəmləndirilməsindən sora başladı. Bu dövr 80-ci illərə təsadüf edir. Avropanın lizinq bazarı 1972-ci ildən fəaliyyət göstərir.

Asiya kontinentində lizinq 60-cı illərin əvvələrindən öz inkişafına başlamışdır.

1982-ci il aviaasiya texnikası üçün lizinq əlamətdar il olmuşdur. Bu ildə Duqlasın Mak-Donnel şirkəti yeni maliyyə siyasətinin köməyi ilə ДС-9-80 təyyarələri üçün Boinq-727 ilə rəqabətdə bazarı fəth edə bildi. Duqlas tərəfindən təklif olunan konsepsiya “fly before buy” adlanırdı (“almaqdan əvvəl uçmaq»).

Hazırda dünya lizinq xidmətləri bazarının əsas hissəsi “АBŞ – Qərbi Avropa – Yaponiya” üçbucağında yerləşmişdir. Qərbi Avropada lizinq verən kimi ixtisaslaşmış lizinq şirkətləri çıxış edirlər və onların 75-80%-nə banklar və törəmə cəmiyyətlər nəzarət edirlər [15].

Yaponiya üçün lizinq əməliyyatlarının genişləndirilməsi xarakterikdir ki, buraya xidmətlərin maliyyələşdirilməsindən tutmuş alqı-satqı, lizinq və borclar kombinasiyasını özündə cəmləşdirən “xidmətlər paketinin” təqdim olunması daxildir. Bu xidmətlər kompleks lizinq adını almışdır.

Yeni növ məhsulların 80%-ə qədəri lizinq yolu ilə alınmış avadanlıqlarda istehsal olunur. Avstraliyada sənaye kapital qoyuluşlarının 33%-i lizinq əsasında baş verir. ABŞ-da elektron hesablama maşınlarının, poliqrafik və energetik avadanlıqlar, energetik avadanlığın böyük hissəsi lizinq əsasında alınır. Qaldırıcı-nəqliyyat vasitələrinin alınmasında lizinq xidmətinin payı 58%, sərnişin təyyarələri və avadanlıqların payı 50%-dir. Çevik dəyişən texnologiyaya və hesablama texnikasında hesablama texnikası, maşınqayırmada, rabitə vasitlərinin istehsalında, elektrik avadanlıqları sahəsində lizinqdən daha geniş istifadə olunur və s. [17]

Müasir tarixdə “lizinq” anlayışından ilkin olaraq 1877-ci ildə, “Bell” telefon şirkətinin özünün istehsal etdiyi telefonları satmaq yox, onları icarəyə vermək qərarına gəldiyi zaman istifadə olunmuşdur.

İlk lizinq birliyi 1952-ci ildə San-Fransiskoda (ABŞ) yaradılmış və “Yunayted steyts lizinq korporeyşn” adını almışdı. Amerikan lizinqinin atası bu şirkətin prezidenti Henri Şonfeld hesab olunur.

ABŞ-da lizinq maliyyə-lizinq birlikləri sayəsində iqtisadi fəaliyyətin effektiv alətinə çevrildi. Lizinq müqavilələrinin çoxvariantlılığı investisiya vəsaitlərinin əldə edilməsi və onlardan istifadə olunması yollarını əhəmiyyətli dərəcədə diversifikasiya etməyə imkan yaratdı.

Avropada lizinq fəaliyyəti sistemli olaraq 1960-cı illərdən həyata keçirilməyə başlamışdı. Özünün çoxnövlü formaları sayəsində lizinq qanunvericiliyi də öz rəngarəngliyi ilə fərqlənir.

Müraciət

    Lizinq Kalkulyatoru

    AZN
    AZN
    m
    %

    Monthly payment

    91.68 AZN