Təsisçilər

“MCB BOKT” QSC Pakistan İslam Respublikasının ən iri kommersiya banklarından olan MCB Bank Limited tərəfindən 2009-cu ildə təsis edilmişdir. Bank öz ölkəsində ən iri vergi ödəyicilərindən biri olmaqla əlamətdar bazar payına, bir neçə xarici ölkədə təmsil olunmaqla geniş filial şəbəkəsinə və 12mlrd. ABŞ dolları dəyərində aktivlərə malikdir. Bank kapital həcminə görə ölkəsinin ən ön sıralarında yer alır və dəfələrlə beynəlxalq və yerli reytinq təşkilatları tərəfindən “ƏN YAXŞI BANK” mükafatına layiq görülmüşdür. Güclü səhmdar dəstəyi verməklə səhmdar kapitalını dəfələrlə artırmış və hazırda “MCB BOKT” QSC-nin səhmdar kapitalı 4.3milyon manatdır. Səhmdar bank şirkətin fəaliyyətinə daim dəstək olur və müntəzəm nəzarəti həyata keçirir. “MCB BOKT” QSC-nin müşahidə şurasının üzvləri səhmdar bankda yüksək vəzifə tutan peşəkar şəxslərdir.

“MCB BOKT” QSC-nin digər səhmdarı cüzi səhm payına malik olan Azərbaycan Respublikasının vətəndaşıdır.

Səhmdar “MCB Bank Limited” barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

https://www.mcb.com.pk  

MCB BANK KARAÇİ QÜLLƏSİ
Open chat
Salam.