“MCB BOKT” QSC 2024-cü ili uğurla başa vurmuşdur

“MCB Bank Olmayan Kredit Təşkilatı” QSC əvvəlki illərdə əldə olunan uğurları 2024-cü ildə də davam etdirmişdir və Cəmiyyətin maliyyə göstəriciləri qənaətbəxş olmuşdur. Belə ki, iqtisadiyyatın rəqabət qabiliyyətli sektorlarına biznes təyinatlı kreditlərin verilməsi davam etdirilmiş və il ərzində yerli sahibkarlara AZN 25 milyondan çox yeni biznes təyinatlı lizinq və kredit verilmişdir. Nəticədə Cəmiyyətin fəaliyyəti tarixində ilk dəfə olaraq biznes təyinatlı kredit portfeli AZN 33 milyonu ötmüşdür. Bu isə əvvəlki illə müqayisədə 37% artım deməkdir. İlin sonuna olan maliyyə rəqəmlərinə əsasən Cəmiyyətin xalis kapitalı əvvəlki illə müqayisədə 24% artaraq təxminən AZN 9 milyon manata qədər, vergidən sonrakı mənfəət isə AZN 1.6 milyondan çox milyon olmuşdur.

 

Bütün bu fəaliyyət maliyyə təhlillərində, risklərin idarə olunmasında Cəmiyyət tərəfindən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan təcrübənin tətbiq olunması və Pakistan İslam Respublikasında fəaliyyət göstərən Səhmdar MCB BANK Limited-in dəstəyi sayəsində həyata keçirilmişdir. “MCB BOKT” QSC yalnız biznes təyinatlı kreditləşmə siyasətini davam etdirməklə iqtisadiyyatın real sektorunun inkişafına öz töhfəsini verməyi qarşısına hədəf qoymuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Open chat
Salam.