“MCB BOKT” QSC Dost mükafatına layiq görülmüşdür

İqtisadiyyat Nazirliyində “Vergi xidməti–25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilmiş Forumda “MCB BOKT” QSC-nin idarə heyətinin sədri Rəmal Cəfərov da i.tirak etmişdir. Forumda müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyiciləri sertifikatlarla təltif edilmişlər, fərqlənənlər arasında “MCB BOKT” QSC “Dost” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Fəaliyyətə başladığı 2010-cu ildən bu günə qədər öz fəaliyyətində şəffaflığı daima təmin edən “MCB BOKT” QSC bundan sonra da iqtisadiyyatın inkişafına, yerli sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına, yeni texnologiyaların tətbiqinə öz töhfəsini verməyə davam edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Open chat
Salam.